Mehriban Ələkbərzadəyə vəzifə verildi
Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə yeni vəzifə verilib.
Crossmedia.az xəbər verir ki, o, "Azərbaycan Televiziya və radio Verilişləri" QSC-nin bədii rəhbəri təyin olunub.
Mehriban Ələkbərzadə xəbəri təsdiqləyib.
"Məlumat doğrudur. Bu gündən işimin başındayam. AzTV-də bədii rəhbər vəzifəsini icra edirəm. Yeni mərhələdə görəcəyimiz işlər çoxdur" - deyə, M.Ələkbərzadə bildirib.(Oxu.az)
18:21 04.02.2026
Oxunuş sayı: 376