"Zirə" futbolçusunu I Liqa klubuna icarəyə verib
"Zirə" futbolçusu Fuad Bayramovu Azərbaycan I Liqasında çıxış edən "Mingəçevir" klubuna icarəyə verib.
Crossmedia.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər "Mingəçevir"də çıxış edəcək. O, yeni komandasında 16 nömrəli formanı geyinəcək.
18:10 04.02.2026
Oxunuş sayı: 436