“Nyukasl”-“Qarabağ” oyununun bilet qiymətləri AÇIQLANDI
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la üz-üzə gələcək İngiltərənin “Nyukasl” klubu Bakıda keçiriləcək ilk matça gəlmək istəyən azarkeşləri üçün bilet qiymətlərini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən İngiltərə təmsilçisinin Bakıda keçiriləcək ilk oyun üçün biletlərinin qiyməti 18 funt-sterlinq (təxminən 40 manat) müəyyənləşdirilib.
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
13:38 04.02.2026
Oxunuş sayı: 618