Paytaxtda güclü külək 37 ağacı sındırıb
Axşam saatlarından davam edən güclü külək nəticəsində saat 12.00-a olan məlumata əsasən Bakıda 37 ağac sınıb.
Crossmedia.az bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, həmçinin 23 ağacın budaqları qırılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları sınan ağac və qırılan budaqları görütərərək ərazini təmizləyirlər.





12:22 04.02.2026
Oxunuş sayı: 494