“Qarabağ” fransalı futbolçunu transfer edib
“Qarabağ” yeni futbolçu transfer edib.
Crossmedia.az xəbər verir ki, klubdan verilən məlumata görə, Kiprin AEK (Larnaka) komandası ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb. Fransalı futbolçu Jeremi Qnalinin “Qarabağ”a transferi ilə bağlı razılıq əldə olunub.
Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın “Mets” klubunun yetirməsi olan arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək.
23 yaşlı müdafiəçi karyerası ərzində “Mets B”, İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.
Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb.(AZƏRTAC)
19:55 02.02.2026
Oxunuş sayı: 635