İTV Yayım Şurasına yeni üzvlər seçilib
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.
Bildirilib ki, 2025-ci ildə keçirilmiş iclaslar nəticəsində aşağıdakı şəxslər İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizəd kimi təqdim ediliblər:
İdman federasiyaları tərəfindən:
- Rəsullu Rəşad Fərhad oğlu - Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti;
- Qədimova İlahə Akif qızı - Şahmat üzrə qadınlar yığma komandasının kapitanı.
Dini konfessiyalar tərəfindən:
- Musayev Salman Musa oğlu - Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini;
- Həsənov Simran Seyfəddin oğlu - Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri.
Yaradıcılıq təşkilatları tərəfindən:
- Babayeva Həcərxanım Teymur qızı - Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü;
- Babayeva Aytən Rauf qızı - Azərbaycan Milli Konservatoriyasının dosenti.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb, Rəsullu Rəşad Fərhad oğlu, Musayev Salman Musa oğlu və Babayeva Həcərxanım Teymur qızı 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.
13:05 02.02.2026
Oxunuş sayı: 460