Qaxda avtomobilin vurduğu yaşlı kişi ölüb
Qaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən kənd sakini - 1947-ci il təvəllüdlü Abdurrəhman Hacımurad oğlu Əliyevi vurub.
79 yaşlı A. Əliyev hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.(Report)
23:47 01.02.2026
Oxunuş sayı: 467