Ağdamda yanğın hadisəsi baş verib
Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 70 m² sahədə yanıb.
Crossmedia.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir
Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər hadisə Goranboy rayonunda baş verib. Belə ki, ümumi sahəsi 300 m² olan fermanın yanar konstruksiyaları 100 m² sahədə və 1,2 ton ot bağlanması yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
14:51 01.02.2026
Oxunuş sayı: 333