Deputat Azərbaycanda keçirilən təhsil sərgisindən danışdı: Buna çox ehtiyacımız var
"Belə sərgilərə çox ehtiyacımız var. Çünki qarşılıqlı təcrübə mübadiləsi nəticəsində inkişaf olur".
Crossmedia.az xəbər verir ki, bunu Bakıda keçirilən Özbəkistan universitetlərinin ikinci təhsil sərgisində Azərbaycan Milli Məclisinin deputatı Müşfiq Cəfərov deyib.
O söyləyib ki, son zamanlar ikitərəfli əlaqələr çox inkişaf edib.
Deputat xatırladıb ki, o, Özbəkistan universitetlərinin Bakıda keçirilən birinci sərgisində də iştirak etmişdi: "Həmin tədbir çox böyük coşqu ilə qarşılanmışdı. Ümid edirəm ki, belə qarşılıqlı tədbirlər davamlı olacaq".
Qeyd edək ki, Özbəkistanın Ali təhsil ocaqlarının müəllim və professor heyəti ötən gündən ölkəmizə səfər etmiş və 31 yanvar 2026-cı il tarixində keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edirlər.
Xatırladaq ki, sərgi Özbəkistan Respublikası Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası və CrossMedia.az saytının dəstəyi ilə həyata keçirilir.
11:59 31.01.2026
Oxunuş sayı: 455