Komitə sədri təhsil sərgisindən danışdı: Bu gün biz tarixi hadisəyə şahidlik edirik
Bu gün biz tarixi günə şahidlik edirik. Türk dünyası birləşir.
Crossmedia.az xəbər verir ki, bunu Bakıda keçirilən Özbəkistan universitetlərinin ikinci təhsil sərgisində Azərbaycan Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov deyib.
O bildirib ki, Özbəkistan Azərbaycana çox doğmadır: "Bunu tarix də sübut edib. Hətta sovet dövründə də nə qədər çətin olsa da, əlaqələrimiz olub".
Qeyd edək ki, Özbəkistanın Ali təhsil ocaqlarının müəllim və professor heyəti ötən gündən ölkəmizə səfər etmiş və 31 yanvar 2026-cı il tarixində keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edirlər.
Xatırladaq ki, sərgi Özbəkistan Respublikası Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası və CrossMedia.az saytının dəstəyi ilə həyata keçirilir.
11:45 31.01.2026
Oxunuş sayı: 530