"Qəbələ"nin məşqçisi: İmişli" ilə oyunda qələbə seriyasını davam etdirmək istəyirdik
"Qəbələ" "İmişli" ilə oyunda qələbə seriyasını davam etdirmək istəyib.
Crossmedia.az xəbər verir ki, bunu "Qəbələ"nin məşqçisi George Çixradze Misli Premyer Liqasının XVIII turunda "İmişli"yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri matç barədə danışıb:
"Çox maraqlı, dinamik oyun oldu. "Şamaxı" ilə matçdan sonra bu oyuna yaxşı hazırlaşmışdıq. Qələbə seriyasını davam etdirmək istəyirdik. Təhlükəli zonadan çıxmaq üçün bizə xallar lazımdır. Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. İki dəfə hesabda önə keçdik. Bu komandanın xarakterini göstərir. Azarkeşlərimizə təşəkkür edirəm, sona qədər bizi dəstəklədilər. Futbolçulara da "sağ ol" deyirəm. Onlar bütün epizodlarda tam gücləri ilə oynadılar".
Qeyd edək ki, "Qəbələ" - "İmişli" qarşılaşması "qrımızı-qaralar"ın 3:2 hesablı qələbəsi ilə bitib(Report)
20:33 30.01.2026
Oxunuş sayı: 507