Bakıdan İrəvana təhvil verilən ermənilərin sağlamlıq durumları yaxşıdır
Bakıdan İrəvana təhvil verilən ermənilərin sağlamlıq durumları yaxşıdır.
Crossmedia.az "Aysor"a istinadən xəbər verir ki, bu barədə Ermənistan səhiyyə naziri Anahit Avanesyan parlamentdə jurnalistlərlə söhbətində bildirib.
"Allaha şükür ki, Vaqif Xaçatryanın əməliyyatı uğurlu keçdi və o, hazırda sağalma mərhələsinə qədəm qoyur", - Avanesyan əlavə edib.
Lakin nazir Bakıdan qayıdan son 10 ermənidən neçəsinin hazırda xəstəxanada olduğunu açıqlamayıb. "Hər kəsin tibb müəssisələrində olmasına ehtiyac yoxdur. Onların sağlamlığı ilə bağlı bütün təşkilati işləri başa çatdırmışıq və lazım olduqda bunu etməyə davam edəcəyik", - Avanesyan qeyd edib.
17:42 30.01.2026
Oxunuş sayı: 444