“Qarabağ” pley-off matçlarını bu tarixlərdə oynayacaq
Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.
Crossmedia.az xəbər verir ki, pley-off-da ilk oyunlar 17 və 18 fevral, cavab oyunları isə 24 və 25 fevral 2026-cı il tarixlərində oynanılacaq.
Qeyd edək ki, Ağdam təmsilçisinin potensial rəqibləri məlumdur. “Qarabağ” pley-offda ya PSJ, ya da “Nyukasl”la qarşılaşacaq.
15:11 29.01.2026
Oxunuş sayı: 679