Almaniyanın Rusiya- Ukrayna müharibəsində mümkün vasitəçiliyi ehtimalına aydınlıq gətirilib
Kreml Almaniyanın Rusiya- Ukrayna müharibəsində mümkün vasitəçiliyi ehtimalına aydınlıq gətirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov danışıb.
O bildirib ki, Almaniya Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçilik etməkdə heç bir maraq göstərməyib və göstərmir.
"Xeyr, Almaniya heç bir cəhd göstərməyib. Hazırda danışıqlarda Almaniyanın vasitəçiliyi barədə heç bir söhbət getmir", - Kremlin sözçüsü bildirib.
14:23 29.01.2026
Oxunuş sayı: 467