Numan Kurtulmuş: BMT kağız üzərində təşkilatdır, sadəcə bir binadan ibarətdir
Beynəlxalq təşkilatlar funksionallığını itirib.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş parlamentdə doplomat- akademiya düşərgəsində gənclərə müraciətində deyib.
O bildirib ki, son dövrdə baş verən hadisələr də bunu göstərir: "BMT kağız üzərində təşkilatdır, sadəcə bir binadan ibarətdir".
N.Kurtulmuş söyləyib ki, Yaxın Şərq və Şərqi Avropada baş verən hadisələr də bunu göstərir.
Siyasətçi əlavə edib ki, beynəlxalq sistemdə dəyişikliklərə ehtiyac var: "Beynəlxalq razılaşmaların, demək olar, heç biri icra olunmur".
12:22 29.01.2026
Oxunuş sayı: 467