Çempionlar Liqası: "Qarabağ" "Liverpul"a böyük hesabla uduzub - Yenilənib
01:25
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda beşinci qol vurulub.
Crossmedia.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 5:0.
60-cı dəqiqədə Aleksis Makallister dubl müəllifi olub.
01:17
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda dördüncü qol vurulub.
Crossmedia.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 4:0.
57-ci dəqiqədə Yoqo Ekitike diqqət mərkəzinə düşüb.
01:12
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
Crossmeda.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 3:0.
50-ci dəqiqədə Məhəmməd Salah qapını dəqiq nişan alıb.
01:10
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
Crossmedia.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri 2:0 hesabı ilə öndədirlər.
Görüşü slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.
01:04
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
Crossmedia.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri fasiləyə 2:0 hesabı ilə üstün yollanıblar.
Görüşü slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.
00:47
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda ikinci qol vurulub.
Crossmedia.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiirblər - 2:0.
21-ci dəqiqədə Florian Virts adını tabloya yazdırıb.
00:18
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda hesab açılıb.
Crossmedia.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar.
Aleksis Makallister 15-ci dəqiqədə fərqlənib.
00:00
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçirilən “Liverpul” və “Qarabağ” komandaları arasındakı oyun başlayıb.
Crossmedia.az xəbər verir ki, “Enfild” stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 00:00-da start götürüb.
Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.
01:25 29.01.2026
Oxunuş sayı: 968