"Ordu" "Neftçi"yə, "Azərreyl" isə "Murov Az Terminal"a qalib gəlib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura start verilib.
Crossmedia.az xəbər verir ki, ilk gündə iki oyun təşkil olunub.
"Ordu" komandası "Neftçi"yə 3:1 (25:20, 20:25, 25:23, 25:22) hesabı ilə qalib gəlib.
"Azərreyl" isə"Murov Az Terminal"ı 3:0 hesabı ilə üstələyib.
Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.
Qeyd edək ki, XI tura yanvarın 29-da yekun vurulacaq.
20:50 28.01.2026
Oxunuş sayı: 436