Bu istiqamətdə əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə fevralın 1-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Crossmedia.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.
Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərsiniz.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.
11:55 28.01.2026
Oxunuş sayı: 493