"Liverpul"-dan "Qarabağ"-a hörmətsizlik
“Liverpul” klubu “Qarabağ”la oyun barədə sosial media hesabında paylaşım edib.
Crossmedia.az xəbər verir ki, bu paylaşımda Ağdam təmsilçisinin logosunda 2 ulduz əvəzinə, 1 ulduzun olduğu görünür.
Xatırladaq ki, komandanın logosundakı ulduz qazanılan böyük titulları, əsasən isə çempionluğu simvolizə edir.
Yəni bu, “biz neçə dəfə çempion olmuşuq” mesajıdır.
Adətən 1 ulduz 5 çempionluğa bərabərdir. “Qarabağ” FK isə indiyə qədər Azərbaycan Premyer Liqasinda 12 dəfə çempion olub və bu, onun logosunda 2 ulduzla əks olunub.(SAVASHMEDIA.az )

22:21 27.01.2026
Oxunuş sayı: 475