Azərbaycan və Türkiyə dəmiryolları arasında memorandum imzalanıb
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında Anlaşma Memorandumu imzalanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.
ADY sədri Rövşən Rüstəmov və TCDD İdarə Heyətinin sədri və baş direktoru Veysi Kurt tərəfindən imzalanan memorandumda məqsəd dəmir yolu sektorunda əməkdaşlığın inkişaf etdirilməsidir.
Sənədə əsasən infrastrukturun inkişafı, hərəkətin idarə edilməsi, birgə innovativ həllərin tətbiqi, kadr hazırlığı, eləcə də məlumat mübadiləsi üzrə əməkdaşlıq həyata keçiriləcək.
17:28 27.01.2026
Oxunuş sayı: 411