“Yüksəliş” müsabiqəsinin qalibi MEK könüllüləri ilə görüşüb
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Günel Musayeva Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) könüllüləri ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüşün əsas məqsədi gənclərin fəaliyyətinə dəstək vermək, onların şəxsi və peşəkar inkişafına töhfə göstərmək olub.
Görüş zamanı Günel Musayeva öz həyat və karyera yolu haqqında ətraflı məlumat verib. O, “Yüksəliş”in qalibi kimi müsabiqənin əhəmiyyətindən danışaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunan bu platformanın Azərbaycanın intellektual və peşəkar potensialının üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb.
Daha sonra “MEK könüllüləri”ni maraqlandıran suallar cavablandırılıb, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı xaricdə təhsil imkanları, eləcə də Azərbaycanın təhsil sistemi ilə xarici ölkələrin təhsil sistemləri arasındakı oxşar və fərqli cəhətlər müzakirə olunub.
Sonda MEK-in elmi katibi və “MEK könüllüləri” üzrə məsul şəxs Şəbnəm Rüstəmova bu cür görüşlərin gənclərin motivasiyasının artırılmasında və onların gələcək fəaliyyətinə müsbət təsir göstərdiyini qeyd edib.
09:40 27.01.2026
Oxunuş sayı: 470