ANAMA əməkdaşının Kambocada ölümü ilə bağlı məlumat yayıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Kambocada vəfat edən əməkdaşı barədə məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən agentliyin minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar cari ilin yanvarın 14-də həmin ölkədə xəstəxanaya yerləşdirilib.
O, yanvarın 18-də Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraq əməkdaşın həyatını xilas etmək mümkün olmayıb və yanvarın 25-də vəfat edib.
Məsələ ilə bağlı bir neçə gün öncə Malayziyaya ezam olunan ANAMA əməkdaşları Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçün Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi və sözügedən təlimlərin təşkilatçıları ilə koordinasiya etməklə müvafiq tədbirlər həyata keçirirlər.
17:09 26.01.2026
Oxunuş sayı: 586