AQTİ Azərbaycana Somalidən ət gətirilməsi iddialarına münasibət bildirib
Somalidən Azərbaycana satış məqsədilə heç vaxt ət məhsulları gətirilməyib.
"Crossmedia" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) sədri Əli Nəbiyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanına müxtəlif ölkələrdən ət məhsulları gətirilir:
"Səudiyyə Ərəbistanı səfirliyinin dəstəyi ilə ötən il Azərbaycana qeyri-kommersiya məqsədilə 45 tona yaxın ət məhsulu gətirilib. Bu da qurban əti olub və ölkəyə humanitar məqsədlə gətirilib".
Qeyd edək ki, son dövrlər mediada Azərbaycana Somalidən ət gətirildiyi barədə xəbərlər yayılıb.
12:26 26.01.2026
Oxunuş sayı: 436