Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Salyan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Crossmedia.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1981-ci təvəllüdlü İsmayılov Taleh Teyyub oğlu yolu keçmək istəyən zaman avtomobil vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.(Report)
22:40 24.01.2026
Oxunuş sayı: 425