Məşhur tiktoker həbs edildi - FOTO
TikTok sosial şəbəkəsində “Şəkili Pərviz” təxəllüsü ilə tanınan, 1990-cı il təvəllüdlü Vahab Alxasov cəmiyyətə hörmətsiz və mənəvi dəyərlərə zidd materiallar paylaşdığına görə məsuliyyətə cəlb edilib.
Crossmedia.az xəbər verir ki, TikTok platformasında yayımlanan paylaşımlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb və məsələ məhkəməyə çıxarılıb. Məhkəmənin qərarı ilə Vahab Alxasov barəsində 25 sutka inzibati həbs tədbiri seçilib.
Hadisə ilə bağlı əlavə araşdırmalar aparılır.

10:11 24.01.2026
Oxunuş sayı: 693