Elvin azarkeşlərə nə demək istəyirdi?
Ötən gecə baş tutan “Qarabağ” – “Ayntraxt” matçı həm tamsilçimizin möhtəşəm qalabasını, həm də futbolçularımızın meydançada əzmkarlıqla oynadığı anlarla yadda qalıb.
Crossmedia.az xəbər verir ki, xüsusilə Elvin Cafarquliyevin qalaba sevinci maraqla qarşılanıb. Belə ki, şərhçinin əlindən mikrofonu alan Elvin “başına” sözünü lahcə ilə “başuvaaa” deyə qışqırıb.
Bəziləri E. Cəfərquliyevin bu sözü matça “Qarabağ” əleyhinə qərəzli və ədalətsiz qərarlar verən isveçli hakimə (“Başına daş düşsün!”) ithaf etdiyini düşünsə də, bəziləri müdafiəçimizin stadiondakı azarkeşlərin sevincinə şərik çıxaraq (“Başınıza dönüm”) mənasında dediyini bildirib.
Hansı mənada dediyini isə təbii ki, Elvin özü aydınlaşdıra bilər.
Məsələdən xəbərdar olmayanlar üçün bildirək ki, “Başuvaaa Dönər”ram” ifadəsi Şirvanda fəaliyyət göstərən dönərxanalardan birinin şüarıdır.
Dönərxananın səhifəsində paylaşılan bütün videolarda səsləndirilən bu şüar son zamanlar TikTok-da trend olub.
18:55 23.01.2026
Oxunuş sayı: 380