DƏHŞƏTLİ STATİSTİKA: Erkən nikah və qız qaçırma faktlarının sayı açıqlandı
Ötən il həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində 90 erkən evliliyə cəhd faktı müəyyən edilib və 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Crossmedia.az xəbər verir ki, erkən nikah hallarının qarşısının alınması istiqamətində görülən tədbirlər çərçivəsində 5 valideyn və 41 aidiyyəti şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib. Eyni zamanda 57 nəfərlə profilaktik iş aparılıb.
Bundan əlavə, 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işləri başlanılıb və bu hallar üzrə 32 nəfər haqqında müvafiq məsuliyyət tədbirləri görülüb.
Qurumlar bildirir ki, erkən nikah və qız qaçırma hallarının qarşısının alınması məqsədilə maarifləndirmə və profilaktik tədbirlər davam etdiriləcək.
15:40 23.01.2026
Oxunuş sayı: 479