Azərbaycan Yüksək Liqasında X tur iki oyunla start götürüb
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura start verilib.
Crossmedia.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçında "Ordu" "Gənclər" kollektivini 3:0 (25:15, 25:18, 25:16) hesabı ilə üstələyib.
Ardınca isə "Xilasedici" "Murov Az Terminal" komandasından güclü olub - 3:0 (25:20, 25:20, 25:19)
Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutub.
21:07 21.01.2026
Oxunuş sayı: 785