Dərnəgüldə obyektdəki yanğınla mübarizəyə 18 texnika və 70 əməkdaş cəlb olunub - YENİLƏNİB
Dərnəgüldəki obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.
13:12
Havanın küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnika və canlı qüvvəsi cəlb olunub.
12:12
Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində yanğın baş verən obyekt tikinti materialları mağazasıdır.
Crossmedia.az xəbər verir ki, hazırda ərazidə yanğınsöndürmə işləri aparılır.
Ətraflı məlumat veriləcək.
12:29
Bu gün Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospekti (Dərnəgül) ərazisində yanğın başlayıb.
Yanğınla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bunyadov prospektində, ilkin məlumata əsasən, obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Elmir Heydərli
14:06 21.01.2026
Oxunuş sayı: 2411