Bu qurumda departament rəhbəri vəzifəsindən çıxarıldı
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) kadr dəyişikliyi olub.
Crossmedia.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, qurumun Depolarla iş departamentinin rəhbəri Faiq Əhmədov tutduğu vəzifədən azad olunub.
Bu barədə QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb. F.Əhmədov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. QSC sədrinin digər əmri ilə həmin vəzifəyə Rəhman Kərimov təyin olunub.
11:59 21.01.2026
Oxunuş sayı: 986