Bakıda qar yolları çətinləşdirir: bir sıra küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşıb
Bakıda müşahidə olunan qarlı hava şəraiti səbəbindən şəhərin bir sıra ərazilərində nəqliyyatın hərəkəti çətinləşib.
Crossmedia.az xəbər verir ki, xüsusilə Suraxanı rayonunda İlqar Musayev, Abbas Fətullayev və Babək küçələri, Xətai rayonunda Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və İnqilab İsmayılov küçələri ilə yanaşı, “Neapol” dairəsi də sürücülər üçün problemli bölgələr sırasındadır.
Paytaxt sakinlərinə tövsiyə olunur ki, qarlı hava şəraitində ehtiyatlı olsun, mümkün olduqda alternativ marşrutlardan istifadə etsinlər.
22:34 20.01.2026
Oxunuş sayı: 1293