20 Yanvar şəhidləri Marneulidə anılıb
Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, mərkəzin icraçı direktoru Murad Muradov çıxış edərək 20 Yanvar faciəsindən, o dövrdə baş verən hadisələrin xalqımızın milli şüurunun formalaşmasında oynadığı mühüm roldan bəhs edib, gənclərin tariximizi dərindən öyrənməsinin vacibliyini vurğulayıb.
Sonra mərkəzin şagirdləri 20 Yanvar faciəsi ilə bağlı hazırladıqları təqdimatlarla çıxış ediblər.(AZƏRTAC)

18:48 20.01.2026
Oxunuş sayı: 1063