Mərkəzi Elmi Kitabxanada 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş sərgi təşkil edilib
Sərgidə 20 Yanvar hadisələrini, eləcə də Azərbaycanın azadlıq mübarizəsi və faciəli tarixini əks etdirən çoxsaylı nəşrlər nümayiş olunur.
Crossmedia.az xəbər verir ki, buraya “Azadlıq carçıları”, “Azərbaycan faciələrinin təqvimi”, “Tarixin qan yaddaşı”, “İstiqlal ulduzları”, “Qan borcu”, “20 yaşlı Yanvar”, “Milli qəhrəmanlar”, “Şəhid idmançılar”, “Şəhidlərimiz – qürur yerimiz”, “Azərbaycana qarşı soyqırım gerçəklikləri” adlı nəşrlər daxildir.
Eyni zamanda sərgidə “Yanvar təlatümü”, “20 Yanvar – qan yaddaşımız” adlı metodik vəsaitlər, “20 Yanvar hadisələri: sənədlər, mövqelər, şərhlər” və “Qara gündəlik” kitabları yer alıb.
Bundan başqa, “Bir ölümün acığına”, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərə həsr olunmuş “Vətən” poeması, “Məni anama çatdırın” adlı tarixi-bədii əsər, “Şəhidlər dastanı” və digər nəşrlər də sərgilənir.
Azərbaycan və xarici dillərdə təqdim olunan nəşrlərdə ölkəmizin tarix boyu üzləşdiyi faciə və fəlakətlərin xronoloji icmalı təqdim olunur. Materiallarda müxtəlif illərdə baş vermiş hadisələrin təqvim tarixləri, fotoşəkilləri, həmin dövrlərdə imzalanmış fərman və bəyanatlar yer alır, eyni zamanda 20 Yanvar faciəsinə aparan ictimai-siyasi proseslər analitik şəkildə təhlil edilir.
16:13 19.01.2026
Oxunuş sayı: 1118