Kəmaləddin Heydərov yeni təyinat edib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə yeni rəis müavini təyin edilib.
Crossmedia.az xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə bu vəzifəyə daxili xidmət mayoru Yaqub Daşdəmirli gətirilib.
O, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidməti Dəstəsinin rəisi vəzifəsində çalışıb.
11:40 19.01.2026
Oxunuş sayı: 1500