Bu tarixdə Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar sabah "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Crossmedia.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, anım tədbirinin keçiriləcəyi "20 Yanvar", eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən "İçərişəhər" və "Elmlər Akademiyası" stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki dəyişdiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.
Saat 12:00-da bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.
11:11 19.01.2026
Oxunuş sayı: 1248