Ağsu aşırımında nəqliyyatın hərəkətində çətinliklər yaranıb
Yağan qar səbəbindən günorta saatlarında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Crossmedia.az xəbər verir ki, xüsusilə sərt döngəli və enişli hissələrdə bəzi nəqliyyat vasitələri yolda qalıb, yol-nəqliyyat qəzaları qeydə alınıb.
Sürücülərə hava şəraitini nəzərə almaq tövsiyə edilib.(APA)
15:42 18.01.2026
Oxunuş sayı: 1206