Sumqayıtda aptekdə yanğın başlayıb
Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin 36-cı məhəlləsində yerləşən apteklərin birində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.
Yanğının baş vermə səbəbləri araşdırılır.(Report)
18:47 17.01.2026
Oxunuş sayı: 1137