Deputat açıqladı: "Azərbaycan" nəşriyyatındakı redaksiyalara yer tapılacaq
Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu "Azərbaycan" nəşriyyatının 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib. Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb. Nəşriyyatda uzun illərdir onlarca media qurumu fəaliyyət göstərir. Aparılan söküntü və təmir işləri müddətində media qurumlarının harada fəaliyyət göstərəcəyi, hara köçürüləcəkləri həm maraq doğurur həm də həmin media nümayəndələrini narahat edir.
Crossmedia.az məsələ ilə bağlı Milli Məclisin deputatı, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbasla əlaqə saxlayıb:
“Köhnə bina idi, təmir olunmalı idi. İndi edirlər. Yəqin, oradakı redaksiyalara, media qurumlarına yer tapacaqlar”.
Ayhan
14:09 17.01.2026
Oxunuş sayı: 1413