Yeniyetməni xilas edən sabiq icra başçısının oğlu imiş
Ötən ay baş verən yol-nəqliyyat hadisəsi zamanı başından xəsarət alan 10 yaşlı Sərxanı təcili xəstəxanayana çatdıran şəxsin kimliyi müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, həmin şəxs polis polkovniki Müşfiq Gözəlovdur.
Müşfiq Gözəlov Şuşanın mərhum icra başçısı Mikayıl Gözəlovun oğludur.
Qeyd edək ki, dekabrın 25-də Bakının mərkəzi küçələrindən birində yol nəqliyyat hadisəsi baş verib. Bu zaman piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb. Hadisə zamanı qəza iştirakçılarının diqqəti yeniyetməyə yox, öz avtomobillərinə yönəltməsi müzakirələrə səbəb olmuşdu. Qəzada xəsarət alan yeniyetmə artıq xəstəxanadan evə buraxılıb. (Teleqraf)
13:27 17.01.2026
Oxunuş sayı: 1406