İnvestisiya əməkdaşlığının dərinləşdirilməsi gündəmdədir
Azərbaycanın Haaqadakı səfirliyində Niderland şirkətlərinin nümayəndələri ilə görüş baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat səfirliyin “X” sosial şəbəkə hesabında paylaşılıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Niderland arasında münasibətlərin güclü inkişaf dinamikası və gələcək əməkdaşlıq potensialı müzakirə olunub.
Məlumatda qeyd olunub ki, xüsusilə biznes, investisiya və ticarət imkanlarının genişləndirilməsi, həmçinin əsas iqtisadi sektorlar üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş konkret təşəbbüslər diqqət mərkəzində olub.
09:33 15.01.2026
Oxunuş sayı: 1844