Cəlilabadda 23 yaşlı qız dəm qazından boğularaq ölüb
Cəlilabad rayonunda gənc qız dəm qazından boğularaq ölüb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı yaşadığı evinin hamamında dəm qazından boğulub.
Mərhumun meyiti müayinə edilməsi üçün rayon morquna təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(Report)
02:40 06.01.2026
Oxunuş sayı: 3043