Azər Baxşəliyevin vəfatından bir il ötür...
Bu gün Azərbaycan kino və televiziya aktyoru Azər Baxşəliyevin vəfatından bir il ötür. O, 5 yanvar 2025-ci ildə uzun müddət mübarizə apardığı xəstəlik səbəbilə dünyasını dəyişib.
Belə ki, sənətsevərlər onu oynadığı obrazlar və təbii gülüşü ilə xatırlayır. Azər Baxşəliyev Azərbaycan televiziya tarixində sakit, lakin yadda qalan sənət yolu ilə iz buraxmış aktyorlardandır.
Qeyd edək ki, Azər Baxşəliyev “Bozbash Pictures” və bir sıra filmlərdə yaratdığı səmimi obrazlarla tamaşaçıların yaddaşında iz qoyub və Yasamal qəbiristanlığında dəfn olunub.
Fatimə Məmmədova
14:38 05.01.2026
Oxunuş sayı: 3214