ABŞ və İsrail İranla hərbi gərginliyi artırmamaq barədə razılığa gələ bilərlər - RƏY
ABŞ-nin Venesuelada keçirdiyi əməliyyat, o cümlədən prezident Nikolas Maduronun tutulması beynəlxalq gündəmi zəbt edən əsas məsələlərdəndir. Bir çox mütəxəssisin fikrincə, bu, beynəlxalq hüququn pozulmasıdır. Lakin bu, deyəsən, heç Vaşinqtonu düşündür. Ya da Donald Tramp hakimiyyəti "güclü haqlıdır" prinsipi ilə hərəkət edir və hamını buna inandırmağa çalışır.
Ağ Evin bundan sonrakı addımları isə maraq doğurur.
Baş verənlər barədə Crossmedia.az-a danışan siyasi ekspert Aqşin Kərimov deyib ki, Maduronun hakimiyyəti zamanı Venesuela müxalifətinin iqtisadçılardan ibarət bloku ABŞ üçün trilyon dollarlıq fürsət kimi qiymətləndirilən plan hazırlamışdı: "Plana əsasən, azad bazar iqtisadiyyatı olan və liberallaşdırılmış Venesuela ABŞ investorları üçün təqdim edilirdi. Hərçənd ki, Venesuela müxalifəti ABŞ-nin müdaxiləsini alqışlasa da, Donald Tramp Mariya Korina Maçadonu dəstəkləməkdən imtina etdi. Ancaq Tramp iqtisadi-ticari fürsətləri elə trilyon dollarlıq mənfəət prizmasından dəyərləndirməyə davam edəcək. Maduronun devrilməsi İrandakı aksiyalar fonunda Tehran üçün şok dalğaların yaradılmasını stimullaşdırır. ABŞ və İsrail İranı fərqli bir perspektivdən yaxalamaq istəyəcək. ABŞ-nin Venesueladakı əməliyyatı hava hücumundan müdafiə müdaxiləsini məcbur etmədən məqsədlərinə çatdı. İranın təhlükəsizlik üçün kritik ərazilər ətrafındakı sahələrə yerləşdirilmiş hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması bu mərhələdə nəzərdən keçirilə bilər. Lakin diqqətə alınmalıdır ki, İranda ictimai rəyi güclü ideoloji çalarlarla yönləndirən fundamental institutlar var. Həmçinin İranın xarici müdaxiləyə qarşı dirəniş müqaviməti daha güclüdür. İranın təbii sərvətlərinə çıxış Venesuela ehtiyatlarına əlverişli hərbi əməliyyat modelindən yanaşmaq qədər asan deyil. Ona görə də, yaxınmüddətli dövrdə ABŞ və İsrail İranla hərbi gərginliyi artırmamaq barədə razılığa gələ bilərlər. Bununla belə, İran daxilində çox güclü kəşfiyyat əməliyyatlarının aparılması istisna deyil".
10:29 05.01.2026
Oxunuş sayı: 3946