Sabah Bakıda atəşfəşanlıq olacaq
Sabah Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil ediləcək.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, atəşfəşanlıq Dənizkənarı Milli Parkda baş tutacaq.
Şəhər sakinləri və qonaqlar atəşfəşanlığı dekabr 31-i saat 00:00-da sözügedən ərazidən seyr edə bilərlər.
10:56 30.12.2025
Oxunuş sayı: 3453