Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, qəza nəticəsində 2003-cü il təvəllüdlü Səbuhi Əliyev həyatını itirib. Məlumata görə, mərhum Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) olub və işğaldan azad olunmuş ərazilərdə xidmət edib.
Qeyd edək ki, Səbuhi Əliyev bu gün Qazax rayonunun Qaymaqlı kəndində dəfn olunub.