Sabahdan 184 nömrəli marşrutda ekoloji təmiz avtobuslar fəaliyyət göstərəcək
Paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbələrini metronun “Koroğlu” və “Ulduz” stansiyaları ilə əlaqələndirən 184 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Crossmedia.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, dekabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 12 böyüktutumlu "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Avtobuslarda ödəniş nağdsız aparılacaq. Gedişhaqqı 0.60 AZN müəyyən edilib.
12:58 27.12.2025
Oxunuş sayı: 1671