Astara gömrüyü Azərbaycan üzərindən Rusiyaya narkotik tranzitinin qarşısını alıb
Astara Gömrük İdarəsi Azərbaycan ərazisi vasitəsilə Rusiyaya külli miqdarda narkotik vasitənin qanunsuz tranzitinə cəhdin qarşısını alıb.
Bu barədə Crossmedia.az Gömrük Komitəsindən verilən məlumata istinadən xəbər verir.
İrandan Rusiyaya kərəviz və salat yüklü avtomobildə aparılan yoxlama zamanı 148 kiloqramdan artıq narkotik vasitə aşkar edilib. Yükdən 58,6 kq həşiş və 89,7 kq marixuana tapılıb.
Şübhəli konturlar yük avtomobilinin rentgen müayinəsi zamanı müəyyən edilib. Daha sonra nəqliyyat vasitəsi xidmət iti cəlb olunmaqla ətraflı yoxlanılıb. Narkotiklərin gömrük nəzarətindən gizlədilmiş iki paletdə yerləşdirildiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.
Türkanə Məşədiyeva
13:35 26.12.2025
Oxunuş sayı: 3216