Jurnalistika sahəsinə dair yeni kitab nəşr olunub
Jurnalistikaya sahəsinə dair yeni kitab nəşr olunub.
Crossmedia.az xəbər verir ki, "Media savadlılığı" adlı kitabın müəllifləri dosent Könül Niftəliyeva və Maral Nəcəflidir. Kitab informasiya bolluğu əsrində doğru ilə yanlışı ayırmağın yollarını göstərən praktiki və nəzərə bilikləri bir araya gətirir. Müəlliflər oxucunu mdia manipulyasiyasının mexanizmləri, gündəm yaratma və çərçivələmə kimi proseslərin arxa planı ilə tanış edir. Real nümunələr və elmi nəzəriyyələr vasitəsilə medianın necə işlədiyini, ictimai rəyin necə formalaşdırıldığını anlamağa imkan yaradır. Kitab həmçinin yalan xəbərlərin psixoloji təsirini və onlardan qorunma yollarını sadə, anlaşıqlı dillə izah edir. Oxucu tənqidi düşünmə bacarığını inkişaf etdirərək informasiyanı şüurlu şəkildə istehlak etməyi öyrənir. Media ilə gündəlik təmasda olan hər kəs üçün faydalı olan bu araşdırma həm tələbə vəmüəllimlər, həm də geniş oxucu kütləsi üçün əhəmiyyətli bir bələdçisidir.
10:49 26.12.2025
Oxunuş sayı: 2377