Hakim ağır yol qəzasında vəfat edib
Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol qəzası nəticəsində dünyasını dəyişib.
Crossmedia.az xəbər verir ki, hadisə Sumqayıt–Pirşağı avtomobil yolunda baş verib. Belə ki, hakimin avtomobili hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşub.
Qəza nəticəsində avtomobilin sürücüsü ağır xəsarətlər alıb, hakim Aynur Rzayeva isə hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Aynur Rzayeva şəhid övladı olub və 2022-ci ildən məhkəmə sistemində fəaliyyət göstərib. (Teleqraf)

21:06 22.12.2025
Oxunuş sayı: 1418