2026 Misli Premyer Liqası: İlk oyunların başlama tarixləri məlum oldu
Misli Premyer Liqasında 2026-cı ilin ilk oyunlarının başlama tarixləri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, XVII turun matçları yanvarın 23-də start götürəcək və 3 gün davam edəcək.
Açılış qarşılaşması Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" və "Araz-Naxçıvan" komandaları arasında olacaq.
23 yanvar
14:30. "İmişli" - "Araz-Naxçıvan"
Quba Olimpiya İdman Kompleksinin stadionu.
19:00. "Neftçi" - "Zirə"
"Palms Sports Arena".
24 yanvar
14:00. "Şamaxı" - "Qəbələ"
Şamaxı şəhər stadionu.
16:30. "Qarabağ" - "Kəpəz"
"Azersun Arena".
25 yanvar
16:00 . "Turan Tovuz" - "Sumqayıt"
Tovuz şəhər stadionu.
18:30. "Sabah" - "Karvan-Yevlax"
"Bank Respublika Arena".
17:45 22.12.2025
Oxunuş sayı: 905